19.04.2021
11:39
68

Tural Abbaslı iki test verdi: Biri pozitiv, digəri neqativ çıxdı

Loading...
AĞ Partiya başqanı Tural Abbaslı koronavirusa yoluxub.

Bu barədə Qaynarinfo-ya onun özü deyib. Sədr bildirib ki, ayrı-ayrı iki yerdə analiz verib:

"Analizin cavabı birində pozitiv, ikincisində isə neqativ oldu. Analizlər müxtəlif nəticələr ortaya qoydu. Yəqin ki, bu sahədə də problemlər var ki, nəticələr belə çıxdı. Dünya vaksinasiyanın nəticələrini müzakirə edir, bizsə hələ doğru-düzgün diaqnoz qoyub, xəstəliyi təsbit edə bilmirik. Biz hələ xəstəliyin müəyyən edilməsi mərhələsində ilişib qalmışıq. Əslində TƏBİB-in indiki rəhbərliyindən bundan artığını da gözləmək sadəlövhlük olardı. Bu rəhbərliklə hələ buna da şükür etməliyik".
Loading...