Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, sənətçi instaqram hesabında yeni sarı libasda olan görüntülərini paylaşıb. Videoda Ağayeva sevilən hitlərindən olan "Xoş gəldin" mahnısının qısa nəqarət hissəsini də səsləndirib.
İfaçı açıq-saçıq geyimi ilə gündəm olub. Xalq artistinin sinə dekolteli libası sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb.
Onlar Ağayevanın bu tərz geyimini tənqid atəşinə tutublar.
Məlumat üçün bildirək ki, sənətçi bir müddət əvvəl plastik əməliyyat keçirib.