"Tünzalə Əliyevanın yas mərasimində pul yığılmayıb. Xalq artisti Afaq Bəşirqızı dedi ki, məzar daşını düzəltdirək, ailəyə yük düşməsin. Röyal uşağı böyütməlidir. Manaf Ağayev, Dilarə Əliyeva pul göndərib. Əməkdar artist Rafael İsgəndərov deyib ki, mən də kömək edəcəm. Röyal da dedi ki, mərhum həyat yoldaşının məzar daşının düzəldilməsi üçün nə qədər məbləğ çatışmasa, özü edəcək".
Qlobal.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkədə canlı yayımda deyib.
Aktrisa həmkarı Dilarə Əliyevanın Xalq artisti Aygün Kazımovanın doğum gününə qatılmasını birmənalı qarşılamayanlara da cavab verib: "Dilarə Əliyevanı qınayanlar, həyatda elə şeylər var ki, məcbursan edəsən. Aygün Kazımova Dilarənin qızının toyuna, nəvəsinin ad gününə gəlib. O da Aygün Kazımovanın doğum günü məclisində bir saat oturub, gəlib. Tünzalə xəstə olanda, Dilarə onun müalicəsinə pul verib. Onlara 10 min manat verib. Halal xoşu olsun. Tünzalə xəstəliyinə görə işdən çıxanda onu ilk dəfə "Söhbət var" verilişinə Dilarə çağırıb. Ona iş, çörək, pul, ruzi verib. "Qaratikan" serialına Dilarə onu çağırıb, rol verib. Son günə kimi daim yanında olub. Tünzalə vəfat etdikdən sonra da uşağının yanındadır".
Əməkdar artist Tünzalə Əliyavanın həyat yoldaşı Röyalın işini də açıqlayıb: "Röyal məşqçidir. Onun ürəyində iki yırtıq vardı. O iki ay əvvəl əməliyyat olunub".
Qeyd edək ki, Tünzalə Əliyeva xərçəng xəstəliyindən dünyasını dəyişib.