"Mənim adıma əgər kiminsə ehtiyacı varsa, yazsın. Kimsə adımla çörək pulu qazanırsa, haqqımda yazsın. Halal xoşu olsun. Aparsın uşağına çörək yedirtsin".
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq
artisti Tünzalə Ağayeva qonaq olduğu "Elgizlə izlə" ictima-sosial
verilişinin bayram efirində deyib.
Sənətçi onu açıq-saçıq səhnə imicinə görə, tənqid edənlərə özünəməxsus şəkildə cavab verib: "Sənətkar böyük ağacdır o isə bar, meyvə verir. O meyvəni biri nəvazişlə
dərəcək, digəri isə qopardacaq. Hətta daş atanlarda, iynəyənlər də
olacaq. Deyirlər ki, ağac nə qədər bar verirsə, başını aşağa salır. Amma
bunu şou-biznesə aid etmək olmaz. Şou-biznesdə baş əymək olmaz. Dik
duracaqsan, meyvələrin olacaq".