Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.
Qlobal.net xəbər verir ki, çalışqan pop ulduz bu dəfə məşhur “Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib. Sevilən müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. Mahnını Emin Karim aranjeman edib.
Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb.
Estrada ulduzu mahnı üçün kamera qarşısısına da keçib. Xalq artistinin klipinin rejissoru Nicat Qafuroğlu, operatoru isə Elvin Hacıəliyevdir.
Ekran işində geyim üzərində dizayner Aynur Kamranlı çalışıb. İdeya və styling Tünzalə Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.
Pop ulduzun makiyajını Nura Səfərova, saç düzümünü isə Roman Məmmədov edib.
Klipin xoreoqrafiyası Nigar İbrahimbəyliyə aiddir. Pop ulduza ekran işində rəqqaslar Nigar İbrahimbəyli və Elnur Musayev müşayiət ediblər.
Layihənin direktoru Yalçın Cabbarovdur.
Xalq artisti yaranan layihədən ağızdolusu danışıb:
“Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Xahişimlə dəyərli dostum, meyxanaçı, şair Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz xip-xop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır. Rəqqaslarımız iki sevgili obrazını canlandırdılar. Onlar çox istedadlıdırlar. Bu mahnıya müraciət etməyimdə əsas məqsəd gənc nəsillərə bizim xalq, bəstəkar mahnılarımızı, muğamlarımızı, təsniflərimizi, folklorumuzu tanıtdırmaqdan ibarətdir”.