6717a4562d089202410241046
Tuneldə boğulanlarla bağlı ürəkdağlayan detal: Çörək paylamağa... - FOTO

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

Qlobal.net Tribunainfo.az-a istinadla xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digərinin axtarışı davam edir.


22.10.2024 17:08
show 248