Cəmiyyət
Tülkü qızı ölümcül yaraladı

Rusiyanın Omsk vilayətində quduz bir tülkü az qala bir qızı parçalayacaqdı.
Qlobal.net Rusiya mətbuatına istinadla bildirir ki, qızın qonşusu əlində çubuqla silahlanaraq küçəyə qaçaraq onu xilas edib.
Bu səhər Kalaçinsk şəhərində meşədəki bir tülkü yoldan keçən qıza hücum edib. Qız kömək üçün qışqırıb və qonşusu Vyaçeslav evdən çubuqla köməyə qaçıb. Tülkü məhv edilib – Slava onun üzünə yumruqla da ilişdirib.
Qız ayaqları və qolları ağır yaralarla xəstəxanaya aparılıb.
Murad Məmmədli
Qlobal.net



