65263500a8342202310233912
Tükürpədici hadisə: 16 yaşlı qız bacısının ərindən hamilə qaldı

Qazaxıstanın  Taldıkorqan şəhərində məktəbli qız qohumundan hamilə qalıb.

Bu barədə Zakon.kz məlumat yayıb.

Hamiləlik faktı yeniyetmənin kollecə daxil olmamışdan əvvəl keçməli olduğu tibbi müayinə zamanı üzə çıxıb.

Müayinədən sonra həkimlər azyaşlının hamiləliyi barədə polisə məlumat veriblər.

Uşağın atası, yeniyetmənin dediyinə görə, onun böyük bacısının 21 yaşlı əridir.

Hüquq-mühafizə orqanları “16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli digər hərəkətlər etmə” maddəsi ilə cinayət işi açıb.

Bundan əvvəl Buryatiyada kişi qızı zorladığı üçün 17 il həbs cəzası alıb. (Oxu24.com)

11.10.2023 09:37
show 1476