Yeni il gecəsi azyaşlı baldızını zorlayan şəxsə ağır cəza verilib.
Hadisə Əskişəhərdə yeni il gecəsi baş verib.
15 yaşlı baldızına qarşı cinsi zorakılıq etdiyi iddiası ilə mühakimə olunan şəxs 3 müxtəlif cinayətə görə 27 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qərardan əvvəl son sözləri soruşulan Bünyamin M. “ittihamları qətiyyən qəbul etmirəm” deyib.
İddiaya görə, Bünyamin M. 2022-ci ilin yeni il gecəsində baldızının telefonundakı yazışmaları və başqasına göndərdiyi şəkli öz telefonuna köçürüb. Yeni il gecəsi arvadı və baldızı ilə evdə spirtli içki qəbul edən Bünyamin M. əri yatdıqdan sonra 15 yaşlı baldızına cinsi təcavüz edib.
Daha sonra Bünyamin M. zərərçəkmiş hadisəni ailəsinə desə, telefonuna köçürdüyü yazışmaları və şəklini ailəsinə göstərəcəyi ilə hədələyib. 15 yaşlı zərərçəkmiş ötən fevral ayında şikayət ərizəsi yazdıqdan sonra şübhəli Bünyamin həbs edilib və Əskişəhər 1-ci Ağır Cəza Məhkəməsində onun mühakiməsi başlayıb.
Yekunda ona bir neçə cinayət işi toplanara ağır cəza verilib. (Oxu24.com)