Tualetə dəfnə yarpağı atın – Faydalı hiylə
Evdə yemək bişirməyi sevən hər kəs bilir ki, dəfnə yarpağı bir
çox yeməklərin dadını və ətirini yaxşılaşdıran əla ədviyyat növüdür.
Ancaq hər kəs dəfnə yarpaqlarının antibakterial xüsusiyyətlərindən
xəbərsizdir. Belə ki, bu ədviyyat təkcə mətbəxdə faydalı deyil. Qlobal.net lent.az-a istinadən xəbər verir ki, dəfnə yarpağı istifadə edərək hamam
və tualetdə olan bütün lazımsız və xoşagəlməz qoxuları aradan qaldıra
bilərsiniz.
Tətbiq prosesi mümkün qədər sadədir. Sizə lazım olan tək şey bir
neçə dəfnə yarpağını kanalizasiyaya atmaqdır.Başqa bir yolu isə
yarpaqları qaynatmaqdır. Bir litr suya 5-7 yarpaq atmaq kifayətdir.
Yaranan məhlul soyudulmalı və sonra tualetə tökülməlidir. Alınan maddə
yalnız xoşagəlməz qoxunu aradan qaldırmayacaq, həm də santexnika
qurğularını əvvəlki ağlığına qaytaracaq.
Həmçinin mənzilin otaqlarına da bir neçə yarpaq asmaq olar. Bu da evdəki pis qoxuları dəf edəcək.