Dünya

Trampın Suriya Prezidentinə arvadla bağlı sualı GÜNDƏM OLDU

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriyanın prezidenti Əhməd əl-Şəraa ilə görüş keçirib. 

Qlobal.net xəbər verir ki, görüş zamanı Tramp öz markasına məxsus “Trump” ətrini əl-Şəraaya və onunla birlikdə olan xarici işlər naziri Əsəd əş-Şeybaniyə hədiyyə edib. Ətri onların üzərinə sıxaraq, bunun “ən yaxşı ətir” olduğunu bildirib və “biri sizin üçün, biri də həyat yoldaşınız üçündür” deyib.

Sonra Tramp gülərək soruşub: “Neçə arvadın var? Bir?”

Əl-Şəraa sakitcə “Bəli, bir” cavabını verib. Tramp isə zarafatla əlavə edib:

“Sizdə vəziyyət bir az fərqlidir, heç vaxt bilmək olmur!”

Bu sual bir ərəb və müsəlman dövlət başçısına ünvanlandığı üçün bir qədər qeyri-adi və uyğun olmayan hesab olunub. Əl-Şəraa isə cavab olaraq Trampa eyni sualı verib:

“Bəs sizin neçə arvadınız var?”

Tramp cavab verib: “Hazırda bir.”

Otaqda olanlar bu sözlərə gülüblər.

Related Articles

Leave a Reply

Back to top button