67481fd5efb65202411244629

Trampın adamlarına bomba təhdidi edildi

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın A Komandasına seçdiyi bir çox şəxs bomba təhdidi və saxta təcili vəziyyət bildirişləri ilə hədəf alınıb.

 Qlobal.net bildirir ki, Ağ Ev Sözcüsü olaraq seçilən Karoline Leavitt və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Təmsilçisi olaraq namizəd göstərilən Elise Stefanik bombalı hücum təhdidi ilə üzləşib.

Federal Təhqiqat Bürosu (FBI) tərəfindən edilən açıqlamaya görə, Trampın yeni idarəsində namizəd göstərdiyi şəxslərə qarşı bomba təhdidləri və saxta təcili vəziyyət bildirişləri edilib, bu məsələyə dair digər təhlükəsizlik qurumları ilə əməkdaşlıq edildiyi bildirilib.

Bomba təhdidləri ilə bağlı Trampdan hər hansı bir açıqlama verilməyib.

Fidan
Qlobal.net

28.11.2024 11:46
show 87