63ede65f6da18202302231631
Toyuq kişini öldürdü - ŞOK OLAY

İrlandiya sakini toyuq hücumuna məruz qaldıqdan sonra ölüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, quş ona xəsarətlər yetirərək, çoxlu qan itkisinə səbəb olub və nəticədə o, dünyasını dəyişib.

İstintaqın məlumatına görə, mərhum Jasper Kraus evində olarkən ona toyuq hücum edib və sol ayağından bir neçə yara alıb. Bu, kişidə çoxlu qan axmasına səbəb olub. O, özbaşına qanı dayandıra bilməyib. İrlandiyalının qızı Virciniya evə gələrək yerdə qan izlərini görüb və feldşerlərin atasına ürək-ağciyər reanimasiyası həyata keçirdiyinin şahidi olub.

Virciniya əlavə edib ki, atası səhhəti pis olduğu üçün çoxlu dərman qəbul edib. Bundan əlavə, kişi xərçəng xəstəsi olub.

Yarılmanı həyata keçirən doktor Ramadan Şatvan, Jasperin ölümünün səbəbinin ağır koronar ateroma və kardiomeqaliya ilə birlikdə ölümcül ürək aritmiyası olduğu qənaətinə gəlib.

16.02.2023 12:16
show 2296