"Toyun səhəri günü eşq bitir" - Cavanşir Quliyev
"Toyun səhəri günü eşq bitir. Həyat başlayır... Qızın dərrakəsi
varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri
var".
Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar
incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev "Açıq söhbət"
proqramında deyib. Bəstəkar gənc ailələrin tez dağılmasından danışıb.
"Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə
yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq
istəyirdim, amma olmadı. Olmayanda olmur" deyə, C.Quliyev sevgi
həyatından söz açıb.
"Qadın xəyanəti bilsə, bağışlamalıdırmı" sualına C.Quliyev belə cavab verib: "Bağışlamamalıdır. Xəyanət kişilərin qüsurudur. İnsanda çox qüsur
var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Qadın
çox şey istəmir, yanlış kişilərdədir. Özlərinin evdə rəis olduğunu sübut
etməyə çalışırlar. Amma bəzi halda qərarı qadın verməlidir".