toyda

Toylardan ən çox qazanan hansı müğənnilərdir? - Sərxan görün nələr danışdı

Tanınmış aktyor və aparıcı Sərxan Kərəmoğlu “Həmin Zaur” verilişinin qonağı olub.

Qlobal.net xəbər verir ki, söhbət zamanı o, azərbaycanlı məşhur müğənnilərin toy məclislərində iştirakından danışıb.

Sərxan Kərəmoğlu bildirib ki, Azərbaycanda yarım saatlıq toya ən çox gedən müğənni Aygün Kazımovadır: "Röya Ayxan da gedir. Ancaq Aygün Kazımova ondan daha çox toylarda iştirak edir. Bütöv toylara kimin getdiyi barədə heç bir məlumatım yoxdur."

Aparıcı Moskvada yaşayan azərbaycanlı müğənnilərin fəaliyyətinə də toxunub: "Keçən dəfə müğənni Bəturə deyir ki, bizi Moskvadan toylardan kəsən var. Əvvəl mən də elə düşünürdüm. Ancaq Moskvada elə anlam yoxdur. Orada yaşayanlara sən gedib deyə bilməzsən ki, filankəsi gətirmə mən gəlim. Ümumiyyətlə, elə bir şey yoxdur. Yadınızdan çıxarın."

Toylardan ən çox gəlir əldə edən ifaçıların kimlər olduğunu açıqlayan Sərxan Kərəmoğlu dostu Nazəni və Könül Kərimovanı misal göstərib: "Vaxtilə İzzət Bağırov, Yusif Mustafayev və Elçin Hüseynov da məclislərdən yaxşı pul tutublar." (yenisabah.az)

11.03.2025 12:33
show 354