Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… – Ölkələr və qəribə adətləri – FOTO

Dünyanın hər yerində müxtəlif mədəniyyətlər və vərdişlər mövcuddur. Hər bir ölkənin öz bayramları, adət-ənənələri və vərdişləri onun tarixini formalaşdırır, eyni zamanda öz kollektiv kimliyini yaradır.

BAKU.WS habertürk-ə istinsdən ölkələrin təəccüblü ənənələri və vərdişlərini sizlərə təqdim edir:

Çində toydan öncə ağlamaq

1697531004 mg 9549 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Bir çox mədəniyyətlərdə toylar gülüşlə qeyd edilsə də, Çində ənənəvi toy gəlinin evlənmədən bir ay əvvəl ağladığı zaman baş verir. Anası və digər ailə üzvləri gələcək evliliyində hiss etdiyi xoşbəxtliyi nümayiş etdirmək üçün ona qoşulurlar.

Finlandiyada işlə bağlı görüşlər saunada edilir

1697531079 mg 9548 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Fin mədəniyyətinin bir parçası olan saunalar sadəcə istirahət yeri deyil. O, həmçinin biznes məsələləri və siyasət kimi mövzuları müzakirə etmək üçün bir yer kimi xidmət edir. Əslində, həmkarların birlikdə saunaya getməsi, daha rahat mühitdə söhbət etməsi iş dünyasında adi bir ənənədir.

Fransada subaysansa gülməli papaq taxmalısan

1697531018 mg 9547 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Noyabrın 25-də subay gənc qadınlar “Müqəddəs Sainte Catherine” gününü qeyd edirlər. “Müqəddəs Sainte Catherine”nin öz himayədarı olduğuna inanan 25 yaşdan yuxarı qadınlar müdrikliyi və imanı simvolizə edən yaşıl və sarı papaqlar taxırlar. Bəzi qadınlar tezliklə evlənmək ümidi ilə bu papaqları geyinsələr də, bəziləri subay həyatlarını qürurla müdafiə edirlər.

Burada kişilər ayaqlarına sarmaşıq dolayıb hündürdən tullanır

1697531095 mg 9546 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

“Vanuatunun Pentekost Adası” adasında kişilərin yerinə yetirdiyi maraqlı bir ritual var. Kişilər topuqlarına sarmaşıq dolayır və hündür taxta qüllələrdən tullanırlar. Onlar inanırlar ki, yaxşı “bungee jumping” tullanışı insan sağlamlığı və yem məhsulu üçün faydalı olacaq.

Braziliyada oğlanların qarışqa ritualı

1697531032 mg 9545 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Braziliyanın Satere Mawe qəbiləsində oğlanlar yetkinlik yaşına çatdıqda qarışqalar ilə dolu əlcək geyinərək rəqs etməlidirlər. Qarışqalarının dişləməsi dünyada ən ağrılı həşərat dişləmələrindən biridir və oğlanlar bu mərasimdən keçməlidirlər.

Venesuelada gecikmək normaldır

1697531063 mg 9544 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Venesuelada bir tədbirə və ya görüşə gedən insanlar çox vaxt gözləniləndən gec gəlirlər. Venesuelalılar işə gəldikdə rahat bir tempdə işləməyi sevirlər və ictimai tədbirlərə gecikmək onlar üçün möhtəşəm bir giriş deməkdir.

Danimarkada subayların üzərinə darçın atırlar

1697531070 mg 9543 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

16-cı əsr Danimarkadan qalma köhnə ənənə bu gün də davam edir. Əgər ad günündə 25-30 yaş arasında olan şəxs hələ də subaydırsa, dostları ona darçın tozu tökürlər. Bu ənənə qitəni gəzdiklərinə görə evlənməyə vaxtları olmayan Danimarkalı ədviyyat alverçilərindən miras qalıb.

Almaniyada toydan öncə bəy və gəlin qırılan boşqabları təmizləyirlər

1697531098 mg 9542 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Alman toylarında toydan bir neçə həftə əvvəl “Polterabend” adlanan ənənə həyata keçirilir. Qonaqlar cütlüyün evinə sınıq boşqab parçaları qoyurlar. Gəlin və kürəkən bu qırıq boşqab parçalarını təmizləmək üçün məsuliyyət daşıyırlar. Onlar bu jestin uğurlar gətirəcəyinə və gələcək evlilikləri üçün komanda işini təşviq edəcəyinə inanırlar.

Meksikada birinə sarı gül verməyin

1697531077 mg 9541 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

Bəzi ölkələrdə gül hədiyyə edərkən onların parlaq rənglərinə diqqət yetirmək lazım gələ bilər. Bu ölkələrdən biri də Meksikadır. Meksika mədəniyyətində sarı qızılgül ölüm deməkdir, ona görə də kiməsə sarı qızılgül hədiyyə etmək xoşagəlməzdir.

İndoneziyada evlənən cütlük 3 gün tualetə getməz

1697531050 mg 9540 Toydan sonra 3 gün tualetə getməmək, qarışqalı əlcək taxmaq və… - Ölkələr və qəribə adətləri - FOTO

İndoneziyanın Tidonq bölgəsində evli cütlük evləndikdən sonra 3 gün tualetə gedə bilmir. Əgər tualetə getsələr, evliliklərinə bədbəxtliyin gələcəyi düşünülür. Bu ənənəni pozmamaq üçün yeni evlənənləri ailə üzvləri izləyir və az miqdarda yemək yeyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button