Vanda 10 min insanın qatıldığı toyda bəyə 10 milyon lirə, gəlinə isə kilolarla qızıl verilib.
Vanın məşhur ailələrindən olan Bayram ailəsinin böyük izdihamlı toyunda onlarla insan yığılan pulu 6 saat ərzində saya bilib.
Toy mərasiminə Türkiyənin müxtəlif vilayətləri ilə yanaşı, Amerika, Almaniya, Fransa, Hollandiya, İran, İraq və Suriyadan da insanlar qatılıb.
220 baş xırdabuynuzlu mal-qaranın kəsildiyi toya tayfa başçıları, bələdiyyə sədrləri, siyasi partiya nümayəndələri və iş adamları daxil olmaqla 10 minə yaxın adam qatılıb. (milli.az)