Toyda erməni gəlinə təcavüz edən Samvel Babayan-ŞOK FAKTLAR
Erməni bloqer Albert İsakovun "YouTube" kanalında vaxtaşırı efirə
gedən canlı bağlantısına qonaq olan Sarkis Qabuzyan Ermənistanın
paytaxtı Yerevanda yaşadığı dövrdə o vaxtkı hakimiyyətin onun və
ailəsinin başına gətirilən faciələrdən danışıb. News24.az
xəbər verir ki, 48 yaşlı S. Qabuzyan 1991-1992-ci illərdə ailəsi ilə
birlikdə xırda ticarətlə məşğul olduqları dövrdə Meruj adlı bir nəfərin
onlarla bərabər işləmək istədiyini, onun müflis olması ilə də Qabuzyan
ailəsinin pis günlərinin başladığını deyib.
Belə ki, Merujun anası bu barədə o zaman Qarabağ separatçılarının komandirlərindən olan, "İJO" ləqəbli Samvel Babayana danışıb.
S.
Babayanın göstərişi ilə Sarkisin atasını gecə saatlarında evindən
götürərək, birbaşa Qarabağa aparırlar. Hətta bu əməliyyatda Samvelin özü
də iştirak edib.
Sarkis deyib ki, atasını orada girovluqda saxlayanlar onun buraxılması üçün pul tələb ediblər:
"1994-cü
il idi. O zaman biz Yerevanda yaşayırdıq. Əslən də irəvanlıyıq.
"Molodyojnıy" metro stansiyasının yaxınlığında ticarət mərkəzimiz var
idi. O dövrdə insanları küçələrdən yığıb Qarabağa aparırdılar. Samvel
Babayanın göstərişi ilə həmin ilin yayında gəlib atamı apardılar. O, 4
ay Şuşa həbsxanasında qaldı. Bizə də dedilər ki, 6 min dollar
gətirməsəniz, atanızı azad etməyəcəyik. Ora aparılanda çəkisi 80
kiloqram idi, amma çıxanda 45 kiloqrama düşmüşdü. Danışırdı ki, orada
15-20 nəfəri eyni kamerada saxlayır, gün ərzində 20 nəfərə bir ədəd
çörək, bir şüşə su verirdilər. Sonra Samvel dedi ki, bilirsiniz nə var?
Siz bizə pul verməlisiniz. Evinizi satıb, pulunu mənə gətirin. Bir
sözlə, evi satmaq lazım olanda biz dedik ki, pulumuz yoxdur. Ev atamın
adınadır, o isə Qarabağa gedib. Axı evi necə sata bilərdik? O zaman biz
hər yerə müraciət etdik, nəhayət əlimiz Vazgen Sarkisyana da çatdı.
Tanışlarımız vasitəsilə Ermənistanın baş prokuroruna da müraciət
etmişdik".HAŞİYƏ: Samvel
Babayan - 1965-ci ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. 1982-ci
ildə orta təhsilini başa vuraraq, Almaniyada hərbi xidmət keçib.
1986-1989-cu illərdə Xankəndidəki Sənaye Kombinatında işləyib. 1988-ci
ildə ermənilərin başlatdığı Qarabağ hərəkatında iştirak edib. Vaxtilə
bir çox ərazilərimizin işğalında, eləcə də qondarma separatçı rejimin
idarəolunmasında yaxından iştirak edib. Şuşa şəhərinin işğal
əməliyyatının rəhbərlərindən olub. O, eyni zamanda Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilən, Cəbrayıl, eləcə də Ağdamın işğalına bilavasitə
rəhbərlik edib. 2000-ci ilin martında qondarma rejmin o vaxtkı rəhbəri
Arkadiy Qukasyana sui-qəsd ittihamı ilə 14 il azadlıqdan məhrum edilib.
2004-cü ildə həbsdən çıxmağa nail olub. 2005-ci ildən Ermənistanda aktiv
siyasətə qoşulub. Sarkis
Qabuzyan bildirib ki, o zaman atasını Samvel Babayanın anasının
göstərişi ilə həbs edib, sonra da 6 min dollar pul istəyiblər. Qabuzyan
ailəsi pulu tapa bilmədiyindən evlərini satıb deyilən məbləği verməyə
məcbur olub.
Daha sonra fikirlərinə davam edən S. Qabuzyan əlavə
edib ki, atası həbs olunan gün onu da saxlayıblar, lakin əsgərlərin
əlindən qaça bilib.
O gün S. Babayan və dəstəsi Qabuzyan
ailəsini girov götürmək üçün xüsusi silahlı hərbi bölük göndərib. Əsas
məqsəd də yaşadıqları evin satılması və pulun ələ keçirilməsi olub:
"Həmin
bölüyün qarabağlı olan komandiri də ora gəldi və məsələni bilavasitə
özünün həll edəcəyini dedi. O gedib bölmənin rəisi ilə danışdı. Bir
azdan rəis çıxıb dedi ki, bağışlayın, amma mən heç nə edə bilməyəcəyəm.
Sonra məni həmin hərbçilərə təhvil verdi. Dedi ki, əks halda onun özünü
də işdən çıxaracaqlar. Anam ağlayırdı. O dövrdə 18 yaşım olsa da hər
şeyi xatırlayıram. Oradakı 30 nəfərin hamısı avtomatla silahlanmışdı.
Mənə dedilər ki, tərpənsən səni dəlik-deşik edəcəyik. Əllərimi
qandallayıb şəhərdəki alayın binasına apardılar".S. Qabuzyan
Ermənistanda "qəhrəman" səviyyəsinə yüksəldilən Samvel Babayanın digər
çirkin əməllərindən də danışır. Belə ki, bir gün o, "YouTube"
platformasında Samvelin satqın, hətta qızlara təcavüz etməkdən həzz alan
bir insan olduğu barədə məlumat eşidib. Belə ki, S. Babayan növbəti
çirkin əməlini Qarabağdan olan cütlüyün toyunda törədib:
"YouTube"da
Samvel Babayan haqqında olan müxtəlif efirləri izləyib və o videolara
şərh kimi yazırdım ki, o qədər də yaxşı adam deyil, xalq qəhrəmanı isə
heç deyil. O, millətini satan adamdır. Bir qız canlı efirə qoşuldu və
yazdı ki, rəfiqəsi ailə quranda Samvel Babayanı xaç atası kimi toya
dəvət etmişdilər. O toya gəlib, elə oradaca gəlinə təcavüz edib getdi.
Sonra həmin cütlük utandığından Rusiyaya qaçdı. Onu da deyim ki, mənim
atamla eyni vaxtda həbsxanada çoxsaylı günahsız insan vardı. Onları
girovluqda saxlayanlar gözləyirdi ki, bu adamlar da da evlərini satsın.
Beləcə onların da pulunu əllərindən zorla alırdılar". Qeyd
edək ki, hazırda 58 yaşlı Samvel Babayan Ermənistanda aktiv siyasətlə
məşğul olur. Belə ki, o 2019-cu ildə təsis olunan "Vahid Vətən"
partiyasının lideridir.