bilal

“Toyda bizi silahla qorxudurdular, pullarımızı alırdılar” – VİDEO

Xalq artisti Bilal Əliyev 36 il əvvəl toylarda üzləşdiyi hərc-mərclikdən söz açıb. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 

"1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Biz ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar", - deyə B.Əliyev vurğulayıb. 



10.05.2024 21:47
show 497