Dünya

Toya sayılı günlər qalmış gəlin qayınatası ilə qaçdı – ŞOK OLAY

Hindistanın Uttar Pradeş ştatında inanılmaz hadisə baş verib. Belə ki, Rampur kəndində yaşayan 55 yaşlı Şəkil adlı şəxs ailəsinin bütün birikimini oğurlayaraq, oğlunun nişanlısı ilə qaçıb.

Qlobal.net xəbər verir ki, Hindistan mediasının yaydığı məlumata görə, ailənin illərlə topladığı 200 min rupilik (təxminən 2 400 dollar) nağd pul və bütün qızıl-zinət əşyaları atanın əlində yoxa çıxıb. İyunun əvvəlində işə getmək adı ilə evdən çıxan kişi bir daha geri qayıtmayıb.

Daha sonra məlum olub ki, o, oğlunun nişanlısı Ayşə adlı qadınla birlikdə qaçıb. İddiaya görə, Ayşə ailənin oğlu Aman üçün nişanlanıbmış və toy hazırlıqları gedirmiş. Hətta qızın qayınatanın özü tərəfindən oğluna bəyənilib seçildiyi bildirilir.

Ailəyə sonradan zəng vuran ata Ayşə ilə evləndiyini bildirib. Hadisədən sarsılan ailə üzvləri vəziyyəti polislə bölüşsələr də, hələlik rəsmi şikayət etməyiblər.

Qeyd edək ki, Hindistan qanunlarına görə, müsəlmanlar üçün çoxarvadlılıq qanuni sayılır. Lakin oğurluq və pulları mənimsəmə ittihamı ilə həmin şəxsin həbs ediləcəyi gözlənilir. Yerli hüquq-mühafizə orqanları isə ailənin rəsmi müraciətini gözlədiklərini bildiriblər.

Hadisə ölkə ictimaiyyətində də böyük rezonans doğurub. (yenisabah.az)

Related Articles

Bir cavab yazın

Back to top button