15.03.2021
11:59
1816

Toya hazırlaşan tibb bacısı özünü başından güllələyərək öldürdü - FOTO

Loading...

Türkiyənin Qaziantep şəhərində dəhşətli intihar hadisəsi baş verib. 

 
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, Dila Yıldırım adlı gənc tibb bacısı özünü başından güllələyərək intihar edib. 

Təcili yardımda fəaliyyət göstərən tibb bacısı həmin vaxt evdə tək olub. Silah səsini eşidən qonşular dərhal hadisə yerinə polis və təcili yardım çağırıblar. Xəstəxanaya çatdırılan Dilanın həyatını xilas etmək mümkün olmayıb. 

Dila Yıldırımın nişanlı olduğu və toya hazırlaşdığı bildirilir. Onun son vaxtlar psixoloji problemlər yaşadığı da qeyd olunub. 

Loading...