Toy və yas sahibləri yığılan puldan vergi verməlidir - QƏRİBƏ TƏKLİF
"Azərbaycanda vergi mədəniyyəti ilə bağlı ictimai düşüncədə olan
kompleksləri yox etmək lazımdır və insanlar qəbul etməlidirlər ki, bir
dövlətin yaşaması üçün rüşvəti aradan qaldırmaq, korrupsiyanı məhv
etməklə yanaşı, mütləq vergi mədəniyyəti bütövlükdə cəmiyyətdə
oturuşmalıdır. Dövlət indi neft kapitalında sosial məsələlərin həllinə
çalışır, amma bu da uzunmüddətli ola bilməz, sabah neft bitə bilər. Bəs
biz büdcəmizi nə ilə doldurmalıyıq?"Qlobal.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər
İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli
Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov
deyib.
Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib: "Ona
görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə
büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun
müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz,
pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial
problemləri həll oluna bilməz. Bu baxımdan Azərbaycanda toylar və
yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki,
toylar üçün xərclər çəkilir, bu toy sahibindən çıxır, amma çox maraqlı
və qəribədir ki, toy və yas sahibləri bu məslislər hesabına öz büdcəsini
doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə
cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı
xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o
gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq
pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin
artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki,
artım da olsun.
Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin
puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin
faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində
qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir
vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək
istəmir. Bu nə dərəcədə düzgündür?"
Aydın Xan Əbilov təklif edib ki,
toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür
və bu ədalət prinsipi ilə tənzimlənməlidir: "Burada bir məsələ var,
düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə
üçün əksinə, dövlət konpensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi
zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan
ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Hətta
əvvəllər şadlıq evləri yeni evlənən cütlükləri girov götürürdülər ki,
gedin borcu gətirin, sonra bəylə gəlin evə getsin. Bu da çox böyük
konfliktlər yaradırdı. Əgər belə hallar yaşanarsa. Yığılan vergi
hesabına dövlət həmin insanlara yardım etməlidir. Biz ədalət prinsipini
qorumaq şərti ilə bu m
əsələyə xüsusi önəm verməliyik"