65e4a10c4fb8b202403241052
Toy karvanında, dəhşətli qəzada ölən 26 yaşlı Cavidin FOTOsu

Göygöldə bir nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW X5” ilə “VAZ 2106” markalı minik maşını toqquşub.

Hadisədən sonra “BMW X5” yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb.

Qəza zamanı “BMW X5”in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.

Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, “VAZ 2106”da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən “BMW X5” toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

toydan-qayidan-zaman-qeza-etdi


03.03.2024 20:09
show 439