səidə

Toy kanalı açsınlar, rəhbəri də Zaur olsun - Bu iş tam onluqdur

Müğənni Səidə Sultan "İncə Səhər" proqramında çıxışı ilə yenə diqqət çəkib.


Qlobal.net xəbər verir ki, sənətçi efirdə bayağı mahnıların ifa olunmasını tənqid edərək musiqiyə yanaşmasından danışıb:


"Musiqim üçün ürəyim yanır. İnsan peşəsindən sui-istifadə etməməlidir. Mənim səsim yoxdur ki, həmin mahnıları oxuyum? Onlardan da gözəl oxuyaram. Amma elə mahnı səsləndirsəm, kiminsə uşağının zövqünü korlamış olaram", – deyə Səidə bildirib.


Müğənni aparıcı Zaur Kamalla bağlı da qalmaqallı açıqlama verib: "Toyu bir vaxtlar birinci mədəniyyət etmişik. Bəzən düşünürəm ki, görəsən Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Vaqif Gərayzadə niyə o gözəl mahnıları yazıb? Sonra başa düşürəm ki, elit təbəqə vardı, ona görə. İndi bu bayağı mahnıları oxuyanlar əsasən cavan qızlardır. Hamısı bilirəm kimi deyirəm. Səsləri şirindir, amma zövqləri yoxdur. Toydan məhrum olmaqdan qorxurlar. Təklif edirəm ki, bir kanal açılsın, yalnız toy mədəniyyətinə həsr olunsun. Bütün o müğənniləri ora yığsınlar. Rəhbəri də Zaur Kamal olsun. Onun üzərinə bu iş tam oturur".

04.04.2025 11:24
show 207