Toy günü xəyanəti öyrənən gəlin mərasimi tərk edib.
Qlobal.net xəbər verir ki, bu qeyri-adi hadisə Vyetnamda baş verib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Gəlin nişanlısının iş yoldaşı ilə xəyanət etdiyinə dair sənədləri toy günü təsadüfən əldə edib. Şok vəziyyətində olan qadın mərasimi tərk edərək, gəlinlik paltarı ilə 7 kilometr məsafəni piyada qət edib və ailəsinin evinə gedib. Daha sonra o, xəyanətə dair sübutları nişanlısının ailəsinə təqdim edib.
Bundan sonra gəlin sosial şəbəkələrdə təcrübələrini paylaşaraq, ilk iş olaraq gəlinlik paltarını yandırdığını bildirib. Onun bu addımı çoxsaylı dəstək mesajları ilə qarşılanıb və minlərlə insan ona həmrəylik göstərib.