Kamboçyada dəhşətli hadisə yaşanıb.
Toy gününün gecəsi yaşananlar hər kəsi dəhşətə gətirib. Belə ki, bəy
həddindən artıq çox içdiyindən evin kənarındakı stolda yuxulayıb.
İşıqların söndüyündən və bəyin yuxulamağından istifadə edən Chhoen
Chanseng adlı şəxs gəlinin otağına girib və gecəni onunla keçirib. Səhər
yuxudan ayılan 18 yaşlı gəlin yanında başqa bir kişinin olduğunu görüb
və qışqırmağa başlayıb.
Polis çağırıldıqdan sonra Chhoen Chanseng həbs edilib.
Ən dəhşətlisi isə bu hadisədən sonra bəyin ailəsinin gəlini qəbul etməməsi olub. (metbuat.az)