photo_39416707
Toxum alıcısı olan fermerlərə müraciət

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fermerlərə müraciət edib. Müraciətdə bildirilir ki, Aqrar Xidmətlər Agentliyi fermerlərə sertitikatlı toxumdan istifadə etməyi tövsiyə edir.

“Bu ilin payızlıq dənli bitkilərinin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxum istehsalcılarını (buğda, arpa) fermerlərin diqqətinə çatdırırıq. Sertifikatlı toxum istehsalçıları barədə məlumat və əlaqə vasitələri ilə əlavə edilmiş siyahıdan tanış ola bilərsiniz. ( https://bit.ly/2FBed5m )”, - deyə məlumatda vurğulanıb. 

Məhsul istehsalçılarına toxum alarkən istehsalçıdan onun kondisiyalılığı haqqında sertifikatı tələb etmək tövsiyə olunur.

12.01.2022 22:40
257