66ed854aa1660202409242306
Tovuzda insident: Rəhbər aradan çıxdı

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Şamaxı" matçında insident yaşanıb.

Qlobal.net publika.az-a istinadla xəbər verir ki, qonaqların matçın 19 dəqiqəsi ərzində 2 top vuraraq hesabda önə keçməsi gəncəli azarkeşləri qəzəbləndirib. Fanatlar üzlərini fəxri tribunaya tutaraq "istefa" şüarları səsləndiriblər.

Onlar Gəncə klubunun idarə heyətinin sədri İlqar Nadiridən postunu tərk etməsini tələb ediblər. Təzyiqlərə tab gətirməyən klub rəhbəri tribunanı tərk edib.

Azarkeşlər daha sonra futbolçulara üzlərini tutaraq, "formanı çıxarın, rədd olun gedin", - deyə səsləniblər.

Qeyd edək ki, "Kəpəz" çempionatda keçirdiyi 6 oyunun hamısında məğlub və sonuncu sırada qərarlaşıb.

20.09.2024 18:22
show 95