Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis xəbərdarlıq edib.
Qlobal.net Olay-a istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib:
“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər: “Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”...
Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin. Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.
Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.