66fbc730edf86202410245600
Topçu Vüsal tələbə oldu - FOTO

Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov (Topçu Vüsal) tələbə adını qazanıb.

Qlobal.net modern.az-a istinadla xəbər verir ki, o, Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.

Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb.

O, hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışırdı.

01.10.2024 13:55
show 117