6486ebd938b65202306235641
Tolikin dəbdəbəli BAĞ EVİNİN GÖRÜNTÜLƏRİ - VİDEO

"Xəzər TV"də yayımlanan "Evdəkilərə salam" poqramının çəkiliş qrupu bu dəfə prodüser-aparıcı Tarix Əliyevin (Tolik) bağ evinə qonaq olub. 

Veriliş zamanı prodüserin dəbədəbəli bağ evinin görüntüləri nümayiş olunub. Tolik aparıcı Aytəkin Mərdanovaya Mərdəkanda yerləşən bağının 10 sot ərazində yerləşdiyini bildirib.

Tolik əvvəl bağının 5 sotunun müğənnilər Sevil Sevincə satdığını, daha sonra isə həyəti genişləndirmək məqsədilə yenidən aldığını deyib.

Prodüserin bağ evində böyük və işıqlı hovuz, fontan da var. Malikanənin həyətində müxtəlif dekorativ ağaclar əkilib. 

Tolik evinin dizaynında açıq və qızılı tonlara üstünlük verib. Prodüser ötən il bağ evində cəmi bir gün qaldığını bildirib. O, işlərinin çoxluğu səbəbindən malikanəsinə çox nadir hallarda gəldiyini deyib. (baku.vs)


12.06.2023 13:54
show 706