tolik

Tolik Sərxanı biabır etdi: Niyə lazımsız yerə burnunuzu soxursunuz? - VİDEO

Şou-biznes dünyasında yenə də müzakirələr qızışıb. Bu dəfə aparıcı Tarix Əliyev (Tolik) həmkarı Zaur Kamalın müğənni Sərxan Kərəmoğluna ünvanladığı sualla bağlı sərt tənqidini səsləndirib.

Qlobal.net xəbər verir ki, Tolik Sərxanın Azərbaycandakı məclislərə dəvət olunmadığını bildirib və onun toy sahəsində göstərici olmadığını vurğulayıb. 

O, xüsusilə müğənni Rüfət Axundovun iştirak etdiyi verilişdə Sərxana belə bir sual verilməsini məqsədəuyğun saymayıb:

"Orada Rüfət Axundov ola-ola Zaur Kamal 365 günün heç 15 günü toyda olmayan Sərxan Kərəmoğluna sual verir ki, Azərbaycanda ən tələbatlı müğənni kimdir? Bəli, Aygün Kazımova tələbatlıdır. Amma Sərxan, sən insanların dostluqla səni toya salmasa, neçə toya gedirsən? Rusiyada yaşayırsan deyə, səni çağırırlar. Bir-iki dəfə Şəmkirdə sənə toy təşkilatçılığı deyiblər. O da it ilindədir. Nə yalandan danışıb, şirinlik edirsən? Axı sən göstərici deyilsən. Toy sahəsində yoxsan. Bir dəfə ya Aygün Kazımova, ya Röya Ayxanla düşə bilərsən. Sən toy sahəsində yoxsan, kimə özünü göstərirsən? Deyərdin ki, Zaur, Azərbaycanda toylarda olmuram, çünki çağırmırlar. Niyə lazımsız yerə burnunuzu soxursunuz? Sərxan, sonuncu dəfə Azərbaycanda hansı toyda olmusan? Rüfət Axundov oturan yerdə sənə bu söz düşməzdi. Yaman şirinlik edirsən, onların sənin dəstəyinə ehtiyacı yoxdur".

Qeyd edək ki, bu mövzu sosial mediada da geniş müzakirəyə səbəb olub. (yenisabah.az)



11.03.2025 15:54
show 391