
“Valideyn olmusan, artıq atasan. Dəyərmi, şou-biznesdə öz əsəblərini, canını lazım olmayan boş-boş nələrəsə israf etməyə?”
Qlobal.net xəbər verir ki, bu sözləri teleaparıcı Aytən Səfərova həmkarı Tolikə( Tarix Əliyev) deyib. Tolik isə bu deyilənlərə cavab olaraq belə söyləyib:
“Mən Azərbaycanda xalqımın sayəsində qazanıram, yaşayıram, evim-eşiyim var. 45 yaşdan sonra başqa ölkədə sıfırdan gedib özümə necə həyat qurum? Düzün deyim, mən sabah prodüser və aparıcı olmasam ofisiant işləyərəm, pulumu qazanaram. Mənim elə kompleksim yoxdur. Bu sahədən gedə bilmərəm. Bu sahəyə öyrəşmişəm”.
Aytən Səfərova isə qətiyyətlə fikrində dayanıb:
“Bəzi hadisələrdən necəsə getmək lazımdır. Açıq deyim, bir-iki aparıcı var ki, bəzi müğənnilərə 1 həftə, 10 gün fikir verməsələr, onlar heç kim olacaqlar”.
T. Əliyev bir müğənninin efirlərdən yığışmasını misal göstərib:
“Bir nəfər heç kim oldu. Aygün Kazımovaya çıxıb söz dedi, hamıya yığdım dedim. Xəzər TV onsuz da çağırmırdı. Başqa kanallara da mən dedim. 1 aya yaxındır ki, heç yerdə yoxdur. Yalnız Tiktok və instaqramdadır”.
Qeyd edək ki, dialoq Tiktok platformasında ortaq canlı yayım zamanı gerçəkləşib. Bu zaman izləyicilər rəylərdə sözügedən müğənninin Kəmalə Günəşli olması ilə bağlı iddialar yazıblar. Onu da xatırladaq ki, K.Günəşli bir müddət öncə maqazin verilişlərinin birinci Aygün Kazımova ilə yarışdığını, ondan daha yaxşı olduğunu və çox tanınacağını demişdi. İddialarla üst-üstə düşən daha bir məqam isə həmin xanımın verilişlərdə uzun müddət görünməməsidir. (yenisabah.az)