Şou-biznes
Tolik efirdə müğənni ilə qırğına çıxdı: Həddini bil – VİDEO

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişinə dəvət etdiyi müğənni Elnar Xəlilovla canlı efirdə gözlənilməz gərginlik yaşayıb.
Qlobal.net milli.az-a xəbər verir ki, proqram zamanı ikili arasında söz atışması baş verib.
Məlumata görə, gərginliyə səbəb Elnar Xəlilovun efirə dəvət olunmazdan əvvəl proqram əməkdaşına söylədiyi ifadələr olub. Bu sözlər Tolikin narazılığına səbəb edib və o, efirdə açıq şəkildə reaksiyasını bildirib.
Hadisə zamanı studiyada gərgin anlar yaşanıb, qarşılıqlı iradlar səsləndirilib. Elnar isə öz mövqeyini müdafiə etməyə çalışıb.
Hazırda həmin gərgin kadrlar sosial şəbəkələrdə geniş müzakirə olunub.



