“Titanik” qəzasından xilas olan “Qorxaq yapon”

Masabumi Hosono adlı bu yapon məmur Titaniklə səyahət edən yeganə yapon olub. O, Avropadan ezamiyyətdən qayıdan dövlət işçisi idi. 1912-ci ildə Titanik RMS gəmisində qəzaya düşüb. Qəzada 1500-dən çox insan ölmüşdü, cəmi 710 nəfər xilas ola bilmişdi. Masabumi də onlar arasında idi.
Qlobal.net xəbər verir ki, Titanikdə “Əvvəlcə uşaqlar, sonra qadınlar” protokolu var idi. Masabumi Hosono təxliyyə zamanı qarışıqlıqdan istifadə edərək qadınlar və uşaqlar üçün nəzərədə tutulan qayığa minmişdi. O, həyatını xilas etmək üçün protokola əməl etməmişdi…
Yaponiyada onu sevinc yox, rüsvayçılıq gözləyirdi. Bu ölkədə o zaman inanırdılar ki, biabırçı xilas olmaqdansa, şərəflə ölmək yaxşıdır. Yapon mediası və xalqı xilas olan bu şəxsi linç etdilər və onu “Samurayların ruhuna xəyanət edən” bir qorxaq adlandırdılar. O, “Titanik”dəki “qorxaq yapon” ləqəbini aldı.
Hosono işini itirdi, cəmiyyət tərəfindən məzxərəyə qoyuldu və 68 yaşında ölənə kimi həyatını utancla yaşadı. Hətta ölümündən sonra da ailəsi bu utancı daşımalı oldu.
Yalnız onilliklər sonra, dünya faciəyə başqa cür baxmağa başlayanda aydın oldu ki, Masabumi Hosono hər bir insan kimi sadəcə olaraq yaşamaq uğrunda mübarizə aparırdı.