Tiramisu İtaliya mətbəxinin ən məşhur desertlərindən biridir.
Qlobal.net bildirir ki, bu desert öz yüngül dadı və xoş ətri ilə çoxlarının sevimlisi olub. Bu dəfə sizə İtaliya mətbəxinin ən ləzzətli şirniyyatlarından biri olan tiramisunun reseptini təqdim edirik.
Ərzaqlar:
Kremi üçün:
Üzəri üçün:
Hazırlanması:
İlk olaraq kremi hazırlamaq lazımdır. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanda birləşdirib ocağa qoyun. Orta istilikdə dayanmadan qarışdıraraq, qarışım qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuduqdan sonra labne pendirini əlavə edib mikserlə yaxşıca çırpın.
Keksi islatmaq üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Sonra servis boşqabına keksin bir qatını qoyun. Qəhvə qarışımının yarısı ilə keksi isladın və üzərinə kremi əlavə edin.
Keksin digər qatını da qəhvə qarışımı ilə isladın, sonra çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi tiramisunun üzərinə çəkib son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servisinə keçə bilərsiniz.
Fidan
Qlobal.net