“Tiktok”da “Ləman41” adı ilə tanınan Ləman Vəliyeva saxlanılıb.
Qlobal.net musavat.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qeyri-rəsmi məlumatlarda L. Vəliyevanın da bu tədbirlərlə saxlandığı bildirilir.