Şou-biznes
“TikTok”da qızlar hoqqa verir, günahkarı analarıdır – Nadir OD PÜSKÜRDÜ

“Bu gün gəncliyimiz TikTok-da itib-batır. Hoqqa verirlər orada, olmaz. Ən çox da günahkar kimdir? Analar”.
Qlobal.net xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “MTV şou”ya açıqlamasında deyib.
O, gənclərin sosial şəbəkələrdə vaxt keçirməsində onların analarını qınayıb:
“Biz kişilər səhər papağımızı qoyub, hələ o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla kim qalır? Anası. Əziz gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı TikTok-dan, instaqramdan ayırın. Vaxtı gələndə oradan istifadə edəcəklər. Qızlara oğlan kimi rəqs elətdirirlər. İmkan verin qızlarımız xanım kimi böyüsünlər”.