“TikTok” bağlandı – FOTO

“TikTok” bağlandı – FOTO

“TikTok” artıq ABŞ ərazisində əlçatan deyil.

Qlobal.net xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.

Hazırda ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.

Qeyd edək ki, iki gün öncə ABŞ Ali Məhkəməsi “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul edib. ABŞ Konqresinin əksər hissəsi və Ədliyyə Departamenti olduqca populyar tətbiqin Çindən idarə olunduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu müdafiə edir. (qafqazinfo)

Ekran %C5%9F%C9%99kli 2025 01 19 091434 “TikTok” bağlandı - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button