Türkiyədə binalardan birinin podratçısının oğlu da dağıntılar altında qalıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Əhməd Budak 1983, 1987 və 1990-cı illərdə Kahramanmaraşın Hayrullah məhəlləsində 3 bina tikib. Daha sonra İstanbulda yaşasa da, oğlu Öner burada tikdiyi binalardan birində qalıb.
Fevralın 6-da baş verən güclü zəlzələ zamanı isə Əhməd Budakın tikdiyi və oğlunun da yaşadığı "Lütfiye Pak" binası dağılıb. İndi Ə. Budak oğlu Önerin dağıntılar altından çıxarılmasını gözləyir və onun sağ çıxarılacağına ümid edir.