63e4e1f35a477202302230715

Tikdiyi 3 təzə binası yıxılan MTK-nın rəhbərindən insanları əsəbiləşdirən ŞOK AÇIQLAMA - FOTO

Zəlzələ zamanı ən çox dağıntı qeydə alınan bölgələrdən biri olan Hatayda tikilən binanın MTK sədri hər kəsi hiddətləndirən açıqlama verib. 

Qlobal.net xəbər verir ki, Hatayda dağılan 3 bina Ser-Al inşaata aiddir və 2019-cu ildə istifadəyə verilib. 

Məlumata görə, tikinti şirkətinin sahibi Servet Altaş yeni tikilən binaların yerlə bir olma səbəbini soruşan jurnalistlərə sərt şəkildə reaksiya verib:  

“Burada atom bombasının təsirinə bərabər zəlzələ olub. Hər şey dağılıb. Bir mənim binam sizə problem olub? Məndən bina haqqında heç nə soruşa bilməzsiniz”. 

Daha sonra telefonu söndürən şirkət rəhbəri zənglərə cavab verməyib və sosial şəbəkələrdəki hesablarını bağlayıb.

Qeyd edək ki, “Güçlü Bahçe City”in açılışında, Ser-Al İnşaat şirkətinin sahibi Servet Altaş, “Ölkəmizi məşğulluqla təmin etmək üçün Güçlü Bahçe City layihəsini bu mərhələyə gətirdik. 

Ginnesin Rekordlar Kitabına düşmək üçün açılışda istifadə edilən 320 santimetrlik qızıl qayçımızı düzəltdik. Bu rekordu və layihəmizi şəhərimizə gətirməkdən məmnunuq”, - deyə bildirib. (BAKU.WS )

09.02.2023 16:06
show 766