Onun başına qəribə hadisə gəlib. Tik-tok tanışlığının qurbanı olub.
Milli.az xəbər verir ki, 28 yaşlı Azər "Xəzər" TV -də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" verilişinə Şabrandan müraciət edib.
İddiasına görə, 3 ay əvvəl Ülviyyə adlı xanımla tik-tokda tanış olub. Dostluq ediblər. Ülviyyə ona onkoloji xəstə olduğunu deyib.
Deyib ki, qızı nişanlıdır, toyunu görmək istəyir, amma bunu üçün müalicə olunmalıdır. Azərdən kömək istəyib.
Azər iddia edir ki, ürəyi dözməyib 500 manat verib ona. Sonra Ülviyyə Xaçmaza gəlib. Həmin vaxt da Azər 160 manat xərcə düşüb.
Azər iddia edir ki, indi Ülviyyə ondan polisə şikayət edəcəyini deyir, onu hədələyir. Azər də işlədiyi müəssisədən işdən çıxarılacağından narahatdır.