Rusiyada, Puşkindəki Konstantinovski ticarət mərkəzinin liftinə daxil olan bir kişi 10 yaşlı məktəbli qıza təcavüz etməkdə şübhəli bilinib.
Milli.Az bildirir ki, videonu "Mash" Telegram kanalı yayımlayıb.
Ortaya çıxan görüntülərdə kişinin qızın boynundan tutması, sonra onun pencəyinin düymələrini açmağa çalışdığı görünüb. Liftə girən qadın kişini qorxuya salıb.
Sonradan məlum olub ki, qız dostları ilə ticarət mərkəzində gəzərkən onlara tanımadığı şəxs yaxınlaşıb. Kişi ona liftə minməyi təklif edib. Digər qızlar pilləkənlərlə qalxmaq qərarına gəlsələr də, dördüncü sinif şagirdi razılaşıb.
Hadisə yerinə məktəblinin anası gəlib. Hadisə ilə hüquq-mühafizə orqanlarının əməkdaşları maraqlanıb, həmin şəxs hazırda axtarışdadır.