27.08.2021
10:26
308

Təzə gəlin polisin tanışı çıxdı - Başına elə oyun gətiriblər ki....

Loading...

Moskvada sahə müvəkkilinin fırıldağı xəbəri hər kəsi təəccübləndirib.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, sahə müvəkkili inanılmaz fırıldaqçılıqda ittiham olunur. Araşdırmalara görə, polis kapitanı alkoqol düşkünü olan şəxsi tanışı olduğu qadınla evləndirmək yolu ilə kişinin iki mənzilinə sahib olub. Polis əməkdaşı əvvəlcədən öyrənib ki, alkoqol təsiri altında olan kişinin adına iki evi var.


Heç kimə narahatçılıq yaratmayan gənc kimsəsiz imiş. Ayıq olduğu vaxtlarda kompüterləri təmir edir və aldığı pulu spirtli içki alınmasına sərf edirmiş. İndi evləri dələduzluqla ələ keçirən polis barəsində vəzifədən sui-istifadə maddəsi üzrə cinayət işi qaldırılıb və o vəzifədən kənarlaşdırılıb.

Qonşuların dediyinə görə, fırıldaqçı polis bir mənzili satmağı bacarıb.

Kamran Seyidov

Loading...