67a2734c648c8202502250636

Təyyarəmiz Rusiyanın “Pantsir-S” raketi ilə vurulub

Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyinə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.

“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – mənbə bildirib.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

04.02.2025 23:30
show 99