Tehrandan İstanbula uçan Pegasus Hava Yollarına məxsus təyyarədə enişdən əvvəl gərgin anlar yaşanıb.
Sərnişinlərdən biri, təcili çıxış qapısını açmağa cəhd edərək , "Allahu Əkbər" deyə qışqırıb. Digər sərnişinlər və ekipaj üzvləri həmin şəxsi dayandırmağa çalışıb.
Şahidlərin bildirdiyinə görə, həmin şəxs uçuş boyunca qəribə davranışlar nümayiş etdirib.
Təyyarə eniş etdikdən sonra müvafiq təhlükəsizlik orqanları məsələ ilə bağlı tədbirlər görüb. (milli.az)