Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları – FOTOLAR

Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları – FOTOLAR

Məlum olduğu kimi dekabrın 25-də AZAL-a məxsus və Bakıdan Qroznı istiqamətində uçan təyyarə vurulduqdan sonra qəzaya düşüb, çoxsaylı insan tələfatı baş verib. Azərbaycan xalqı və dostları hüzn içindədir, hələ də xarici dövlət və hökumət başçılarından Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir. Matəm günü bitsə də xalq olaraq qeyri-rəsmi matəmdəyik, günahsız insanların ölümü bizi çox sarsıdıb. 

Əksər insanlar həlak olan şəxslərin xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir. Bəs məşhurlar nə edir? Müğənni Günel Zeynalova ilk gündən hadisə ilə bağlı paylaşım edənlər sırasında olmaqla yanaşı, hətta Türkiyəli məşhurları da hadisəyə dair heç bir reaksiya verməməkdə ittiham etdi.
1735345243 mg 20241227 220118 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR

Ondan sonra bəzi Türkiyəli məşhurlar müəyyən paylaşım etdilər. Bəs özümüzdə “xalq bizi dolandırır”, “hər gün toydayam” deyən müğənnilər bu hadisədən nə qədər üzüldüklərini sosial şəbəkələrdə necə ifadə etdilər, ümumiyyətlə etdilərmi, edirlərmi? Araşdırmalarımız göstərdi ki, şou-biznesdə ayağının altını görməyən bir çoxlarından fərqli olaraq, Rusiyada yaşayan və fəaliyyət göstərən Rəqsanə İsmayılova, Afət Fərmanqızı ilk gündən paylaşımlar ediblər. Belə ki, bir çox məşhurlar İnstaqramda əsas səhifədə faciə ilə bağlı nəsə paylaşmadıqları halda Afət Fərmanqızı dövlət başçısının sərəncamı ilə Matəm günü elan edilməsi ilə bağlı öz səhifəsində dərhal paylaşım edib.
1735345100 mg 20241227 215804 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR

Moskvada yaşayan və fəaliyyət göstərən Rəqsanə İsmayılova isə hətta təyyarənin vurulması ilə bağlı Rusiyanın Azərbaycandan üzr istəməsini tələb edən post paylaşıb.
1735345550 mg 20241227 215412 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR1735345695 mg 20241227 215333 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLARDigərlərinin səhifə və hekayə paylaşımlarını təqdim edirik, özünüz baxın, nəticə çıxarın:
1735345741 mg 20241227 215251 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR1735345736 mg 20241227 215440 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR1735345707 mg 20241227 214908 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR
1735346441 mg 20241228 043803 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR1735345745 mg 20241227 215145 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR1735346697 mg 20241228 044214 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR
1735345714 mg 20241228 034217 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR
1735345738 mg 20241228 034159 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR
1735345753 mg 20241228 034148 Təyyarə qəzasından sonra müğənnilərin paylaşımları - FOTOLAR

(yenilik.az)

Related Articles

Bir cavab yazın

Back to top button