Təyyarə qəzasında şəhid olan hərbçi barədə MARAQLI FAKT

Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan 38 yaşlı hərbçi Ramazan Yağızın donor olduğu məlum olub.
10 il əvvəl o, könüllü olaraq donor qeydiyyatına düşüb. Şəhid bu hadisə ilə bağlı təəssüratlarını sosial şəbəkədə belə ifadə edib:
“Təxminən 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru olub-olmayacağım sualına “bəli” cavabını verdim. Ötən ilin mart ayında kök hüceyrəmin xərçəng xəstəsi ilə uyğun olduğu bilindi. Müxtəlif testlərdən sonra iyun ayında transplantasiya edildi və üç aydan sonra xəstənin evə buraxıldığı xəbərini aldım. Səhiyyə Nazirliyinin qaydalarına əsasən xəstəni tanımıram, amma çox xoşbəxtəm. Allah heç kimi sağalmaz bəlalarla sınağa çəkməsin.”
Qeyd edək ki, iki qız atası olan şəhidin atasını gənc yaşlarında itirdiyi və orta məktəbdən sonra hərbçi olmağa qərar verdiyi bildirilir.

(teleqraf.az)



