676be5480c64d202412245816

Təyyarə binaların üstünə düşəcəkdi - Qazaxlar AZAL pilotunun qəhrəmanlığından danışır

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları”na məxsus, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qlobal.net xəbər verir ki, qəza şahidləri bildiriblər ki, təyyarə yaşayış binalarının üzərinə düşəcəkmiş. Lakin pilotlar hava gəmisini yaşayış məntəqəsindən uzaqlaşdırmağa müvəffəq olublar.

“Ekipaj əla iş gördü, təyyarəni uzaqlaşdıra bildilər. Əks təqdirdə daha çox qurban ola bilərdi", deyə şahidlər Qazaxıstan saytlarından birinə deyiblər.

Murad
Qlobal.net
25.12.2024 14:59
show 1099