648498f661ded202306233830
Teymur Məmmədov Ülviyyənin bahalı maşınını görüb özünü qapazladı

"Qız atası" serialının çəkilişləri zamanı maraqlı məqam yaşanıb.

Qlobal.net lent.az-a istinadən bildirir ki, bu barədə filmin baş rol oyunçularından biri Mətanət Əliverdiyeva şou-proqramlardan birində məlumat verib.

"Filmin növbəti bölümlərinə Vidadi müəllimin bacısı da daxil olmalıydı. Bu rol Əməkdar artist Ülviyyə Quliyevaya həvalə olunmuşdu. Ülviyyə çəkiliş meydanına öz "Cip"i ilə gəlib-gedirdi.

Ülviyyənin çəkilişə gəldiyi ilk gün Vidadi rolunu oynayan Əməkdar artist Teymur Məmmədovla həyətdə söhbət edirik. Teymur müəllim yad maşını görüb soruşdu ki, bu kimindir? Mən də zarafatla dedim ki, Keyxanımın (Ülviyyə Quliyevanın məşhur Keyxanım obrazına görə çoxları onu o adla xatırlayır-red.).

Teymur Məmmədov Ülviyyənin bahalı maşınına baxıb öz başına qapaz vurdu.

"Əşi key, o deyil e, key mənəm".

Qeyd edək ki, Əməkdar artist Teymur Məmmədov Lent.az-a müsahibəsində 1990-cı illərdən qalma köhnə bir maşın sürdüyünü, maşınının qapısının bağlanmadığını, bu maşına görə tez-tez istehzalı sözlər eşitdiyini bildirib.

10.06.2023 19:37
show 5830